Sürpriz kupon – 24.04.2024
Monako – Lill cüt şans X2
Çempionatda ardıcıl 7 oyundur uduzmayan “Monako” son 6 turda məğlub olmayan “Lill”lə qarşılaşır. Mövsümün sonuna 5 tur qalmış Lider “PSJ”dən 11 xal geri qalan “Monako” məncə, çempionluğun əldən çıxması ilə artıq barışıb. 4-cü sıradakı “Lill” isə Çempionlar Liqasına birbaşa vəsiqə verən ilk üç pilləyə düşmək üçün can atır. Bu oyunda heç-heçə ehtimalı da az deyil. Qalib tərəf də olacaqsa, fikrimcə, bu qonaq komanda olacaq.
Marsel – Nitsa 1-ci hissə cüt şans 12
Bu komandaların öz aralarındakı son 9 dueldən yalnız birində bir qol vurulub. Qalan matçlarda 2, 3, 4, hətta 5 qol. “Nitsa” bu mövsüm az qol vurub, az qol buraxsa da, “Marsel”lə oyunun məhsuldar keçəcəyini düşünürəm. Fikrimcə, hesabdakı tarazlıq elə ilk yarıda pozulacaq.
Loryan – PSJ ən çox qol vurulduğu hissə 2-ci hissə
“PSJ” növbəti çempionluğun astanasındadır. “Monako” bu tur xal itirsə və parislilər qələbə qazansa, bütün suallara aydınlıq gələcək. Liqada qalmağa çalışan “Loryan” liderlə matçda sürpriz etməyə çalışacaq. Qarşılıqlı qollar olacağını düşünürəm. Amma daha yüksək əmsallı varianta mərc edirəm. Məncə, 2-ci hissədə qolların sayı daha çox olacaq.