Günün kuponu – 24.04.2024
Ayaks – Ekselsior QOL/QOL
Erediviziyada sona 4 tur qalmış komandalar fərqli hədəflər uğrunda mübarizə aparır. Qeyri-sabit mövsüm keçirən “Ayaks” Avropa Liqasında oynamaq hüququ verən 4-cü sıranı ələ keçirməyə çalışır. Amma “Alkmaar”la arada 7 xallıq fərq olduğundan “Ayaks”ın məqsədinə çatacağı sual altındadır. “Ekselsior”isə aşağı liqaya düşmək təhlükəsi qarşısındadır. Xal onlara hava-su kimi vacibdir. Bu səbəbdən onların nüfuzlu rəqiblə oyunda riskə gedəcəyini düşünürəm. ETOPAZın qarşılıqlı qollar üçün təklif etdiyi 1,66 əmsalı məncə, dəyərləndirmək olar.
Everton – Liverpul 2
Mersisayd derbisində bukmekerlərin “Liverpul”u aşkar favorit göstərməsi normaldır. “Qırmızılar” “Arsenal” və “Mançester Siti” ilə çempionluq uğrunda mübarizə aparır. “Everton” isə Premyer Liqada yerini qorumağa çalışır. Fikrimcə, “Liverpul” həlledici xarakter daşıyan son turlarda maksimum dərəcədə xal itkisindən qaçmağa çalışacaq. Derbidə də onların qalib gələcəyini təxmin edirəm.
Mançester Yunayted – Şeffild Yunayted 1-ci hissə Mançester Yunayted
Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyən “qırmızı şeytanlar” çempionatın bu mövsüm ən zəif komandası sayılan “Şeffild Yunayted”lə dueldə bu uğursuz seriyanı dayandırmalıdır. Məncə, Mançester təmsilçisi elə ilk yarıda qələbənin əsasını qoyacaq.