“Liverpul”da ciddi itki
“Liverpul”da ciddi itki baş verib. Dioqo Jota zədələnib.
O, Premyer Liqanın 34-cü turunun “Fulhem”lə matçında (3:1) xəsarət alıb. Futbolçu iki həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb:
“Dioqo qol vurdu və narahatlıq hiss etdi. Sonradan bunun daha ciddi bir şey olduğunu öyrəndik. O, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq”.