Sürpriz kupon – 23.08.2022

Sürpriz kupon – 23.08.2022

“Orebro” – “Skovde” ALT 2,5
“Orebro” turnir cədvəlində “Skovde”dən 6 xal geri qalır və 9-cu yeri tutur.
“Orebro” 4 oyundur qələbə qazana bilmir.
“Skovde” isə son iki matçda qələbəyə həsrət qalıb.
Bu komandalar arasında son oyun qolsuz bərabərliklə başa çatmışdı. Bu dəfə də çox qol vurulacağını güman etmirəm.

“Erqrüte” – “Norrbi” QOL/QOL
Hər iki komanda 11 oyundan sonra 20 xal toplayıb.
“Erqrüte” son iki görüşünü qələbə ilə başa vurub.
“Norrbi” isə əksinə 6 matçdır qalib gələ bilmir.
Bu komandalar arasında son 4 görüş qol/qolla başa çatıb.

APOEL – “Dyüqarden” 1
APOEL ilk oyunda gözlənilmədən səfərdə İsveç klubuna 0:3 hesabı ilə uduzdu. Bu cür məğlubiyyətdən sonra revanş alıb növbəti mərhələyə yüksəlmək fantastika olardı. Buna baxmayaraq, Kipr klubu ən azı evdə təsəlli qələbəsi qazanmağa çalışacaq.
Meydan sahiblərində Xose Krespo, “Dyüqarden” də isə Rasmus Şuller ötən oyunda qırmızı vərəqə aldıqları üçün meydana çıxa bilməyəcəklər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 23.08.2022

Növbəti yazı

Maquayr “Mançester Yunayted”də qalacaq