Günün kuponu – 23.08.2022
“Benfika” – “Dinamo” (Kiyev) 1
“Benfika” artıq qrup mərhələsinin bir addımlığındadır. Səfərdə rəqib qapısından 2 cavabsız top keçirən Lissabon klubu öz meydanında da favoritidir. Ümumiyyətlə, bu komandalar arasında son 5 oyunun heç birində Ukrayna klubu qələbə qazana bilməyib.
“Srvena Zvezda” – “Makkabi” QOL/QOL
Hayfa klubu ilk oyunda öz meydanında 3:2 hesabı ilə qalib gəlib. Həmin matçda Belqrad təmsilçisi 2:1 önə keçsə də, sonradan qapısından 2 top buraxıb. Serbiyada rəqib tanımayan “Srvena Zvezda” 5 oyundan sonra 100 faizlik nəticə göstərib. İsraildə isə çempionat yeni start götürüb və “Makkabi Hayfa” hələ ki meydana çıxmayıb. Bu oyunda da hər iki tərəfin fərqlənmək üçün imkanları olacaq.
“Viktoriya Plzen” – “Qarabağ” ALT 2,5
Bakıda yaxşı müdafiə olunan Çexiya klubu qapısının toxunulmazlığını qoruyub saxlaya bildi. Mixal Bilekin komandasının öz meydanında kor-koranə şəkildə irəli atılacağını gözləmirəm. “Viktoriya”nın kapitanı Lukaş Heyda cəzalı olduğu üçün cavab görüşünü buraxacaq. Məncə, bu dəfə də məhsuldar oyun olmayacaq və bəlkə də 1 qol cütün taleyini həll etdi.