Sürpriz kupon – 22.02.2022
“Middlsbro” – “Vest Bromviç” – 1
FA Cup-da “Mançester Yunayted”i mübarizədən kənarlaşdıran “Middlsbro” Championship-də 7-ci yeri tutur. “Vest Bromviç” 5 oyundur qələbə qazana bilmir. Komanda 5 turda cəmi 1 xal yığıb. “Middlsbro” isə son turda “Bristol”a uduzub – 1:2. “Middlsbro”nun meydan sahibi olması, qələbə şansını bir az da artırır.
“Suonsi” – “Bornmut” – 2
Turnir cədvəlində 2-ci yeri tutan “Bornmut” Premyer Liqaya vəsiqə qazanmağa real namizədlərdəndir. Komanda son iki oyunda 6 xal yığıb. “Suonsi” “Bristol” üzərində qələbədən sonra “Şeffild Yunayted”ə 0:4 hesabı ilə uduzdu. Bu komandalar arasında son matçlarda adətən üstünlük “Bornmut”un tərəfində olub. Bu dəfə də istisna edilmir.
“Hall Siti” – “Barnsli” – 1
“Hall Siti” artıq 5 oyundur qalib gələ bilmir. “Barnsli” 17 xalla turnir cədvəlində sonuncu yeri tutur. Düşünürəm ki, Şota Arveladzenin komandası belə rəqiblə oyunda qələbə şansını əldən verməz