Günün kuponu – 22.02.2022
“Çelsi” – “Lill” – 1
İngiltərə Premyer Liqasında lider “Mançester Siti”dən 13 xal geri qalan “Çelsi” ÇL-də “Lill”lə qarşılaşacaq. London klubunda Aspilkueta, Meyson Maunt kimi futbolçuların meydana çıxması sual altındadır. Tuxelin komandası Premyer Liqada son 2 oyununu qələbə ilə başa vurub. Bu mövsüm qeyri-sabit oyun nümayiş etdirən “Lill” Liqa-1-də 11-ci yeri tutur. Bu komandanın son çempion olduğunu xatırlatsaq, tanımayanlar inanmaz. “Lill” yerli liqada son 4 oyunda cəmi 4 xal yığıb. Bu dörd matç arasında PSJ-yə 1:5 özhesablı rüsvayçı məğlubiyyət də var. “Çelsi” “Stemford Bric”də cütün favoriti hesab olunur.
“Villarreal” – “Yuventus” – ALT2,5
“Yuve” A seriyasında son iki oyunda heç-heçə edib. Əvvəlcə “Atalanta” ilə səfərdə bərabərlik, daha sonra Turin derbisində “Torino” ilə matçda xal itkisi – 1:1. “Villarreal” son oyunda “Qranada”nı 4:1 hesabı ilə məğlub etdiyindən “Yuve” ilə görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Məncə, ilk görüşdə hər iki komanda ehtiyatı əldən verməyəcək. Alt 2,5 pis variant deyil.
“Bristol Siti” – “Koventri” – QOL/QOL
Hər iki komanda son oyunlarını qələbə ilə başa vurublar. “Bristol”un son 3 matçı qol/qolla yekunlaşıb. “Koventri” bir qələbə ilə Premyer Liqaya çıxmaq üçün pley-off oynayacaq yerə yüksələ bilər. Bu komandalar arasında son 3 oyun qol/qolla başa çatıb.