Sürpriz kupon – 22.01.2024
Brayton – Vulverhempton ÜST2.5
Son 3 ildə keçirilən bütün duellərdə “Brayton” “Vulverhempton”a qalib gəlib. Hər iki komanda yeni ildə baş tutan 2 turda 4 xal toplayıb. Bu iki komanda premyer liqada ən çox qol vuran 7 kollektiv sırasındadır. Son illərin oyunlarını nəzərə alaraq ÜST2.5 seçiminin üzərində dayanıram.
Qətər – Çin 2
Asiya Kubokuna uğurlu start götürən Qətər millisi növbəti mərhələyə vəsiqəni təmin edib. İlk iki turda qələbə qazanan Qətər inamla qrupa liderlik edir. İlk turlarda nə qol vuran, nə qol buraxan çinlilər üçün 3-cü tur həlledicidir. Qətərin bu oyuna ciddi yanaşmayacağını düşünürəm və Çindən qələbə gözləyirəm.
Tacikistan – Livan QOL/QOL
Tacikistan bu oyundan asılı olaraq ən yaxşı üçüncü yerin sahibi kimi növbəti mərhələyə yüksələ bilər. Oyun baxımından rəqibdən üstün olan Tacikistan əsas heyətdən iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Oyunun məhsuldar heç-heçəylə yekunlaşacağını düşünürəm.