Sürpriz kupon – 21.12.2021
“Sevilya” – “Barselona” – ÜST 2,5 [nowbetnow-dynamic dyn_code=969]
“Sevilya” son turda çempionluğa əsas namizədlərdən sayılan “Atletiko”nu məğlub edərək gücünü göstərdi. Amma Lopeteqinin komandası həmin oyunda xeyli güc sərf etməli oldu. Ardıcıl iki çətin oyun “Sevilya”ya problemlər yarada bilər. Həm də Xesus Navas, Suso, Oliver Torres kimi futbolçular zədəlidir. “Barsa”da da vəziyyət elə də yaxşı deyil. Kataloniya klubu son turda “Elçe”ni oyunun sonlarında vurulan qol hesabına üstələdi. Məncə, belə görüşdə bol qol gözləməyinə dəyər.
“Cenoa” – “Atalanta” – ÜST 2,5 [nowbetnow-dynamic dyn_code=968]
Andrey Şevçenko hələ də “Cenoa”nı çətin vəziyyətdən çıxara bilmir. Komanda son pillədə olan “Salernitana”nı cəmi 2 xal qabaqlayır. “Cenoa”da müdafiə ilə bağlı problemlər var, komanda çox top buraxır. “Atalanta” isə əksinə hücumda yaxşı oynayır. Bu komandalar arasında son oyunda Qasperinin yetirmələri səfərdə 4:3 hesabı ilə qalib gəlmişdilər. Ona görə bu dəfə də üst 2,5 gözləyirəm.
“Levante” – “Valensiya” – 2 [nowbetnow-dynamic dyn_code=967]
Valensiya derbisinin bu dəfə də gərgin keçəcəyi gözlənilir. “Levante” 8 xalla La Liqanın aşkar autsayderidir. Komanda 17 oyunda 1 qələbə belə qazana bilməyib. “Valensiya” isə son iki görüşünü qələbə ilə başa vurub. Derbilərdə həmişə gözlənilməz nəticələr qeydə alınır. Amma hazırkı “Valensiya” “Levante”dən xeyli güclüdür.