Günün kuponu – 21.12.2021
“Yuventus” – “Kalyari” – 1 [nowbetnow-dynamic dyn_code=971]
Bu mövsüm qeyri-sabit oynamaqda davam edən “Yuve” lider “İnter”dən 12 xal geri qalır. Heç olmasa gələn mövsüm Çempionlar Liqasına getmək üçün xal hesabını mümkün qədər artırmaq lazımdır. “Kalyari” ilə oyun 3 xal qazanmaq baxımından əlverişli sayıla bilər. “Kalyari” A seriyasında 10 oyundur qələbə qazana bilmir. “Qoca sinyora” Turindəki matçı mütləq öz xeyrinə başa vurmalıdır.
“Udineze” – “Salernitana” – 1 [nowbetnow-dynamic dyn_code=966]
“Udineze” son iki oyunda rəqiblərinin qapısından 8 cavabsız top keçirib. Düzdür, bunlardan biri İtaliya kubokunda “Kratone”yə qarşı görüş olub. “Salernitana” isə A seriyasında ardıcıl 4 oyunda uduzub. “Salernitana” bu mövsüm elitanı tərk etməyə əsas namizəd sayılır. Güman edirəm ki, “Udineze” bu oyunda sensasiyaya imkan verməz.
“Vilyarreal” – “Alaves” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=970]
Unai Emerinin komandası bu mövsüm stabil oynamadığından 1 yazmaq bir qədər təhlükəlidir. Həm də bu komandalar arasında son 5 oyunun hamısı qol/qol gəlib. Güman edirəm ki, bu dəfə də statistika təkrarlana bilər.