Sürpriz kupon – 20.08.2022
“Selta” – “Real Madrid” QOL/QOL
Tərəflərin öz aralarındakı son 6 duelin 5-də hər iki komanda qol vurub. Yeni mövsümə də hər ikisi məhsuldar başlayıb. “Selta” “Espanyol” la 2:2 oynayıb, “Real” “Almeriya”nı 2:1 məğlub edib. Viqo təmsilçisinin doğma meydanda “Kral Klubu”nun qapısına yol tapacağına inanıram.”Real”ın qol vuracağı isə az qala reallıq kimi qəbul olunur.
“Volfsburq” – “Şalke” – 2,5 ÜST
Komandalar mövsümə uğursuz start verib. Hər ikisinin 2 oyundan bir xalı var. Aralarındakı duellərin son 4-ünü “Volfsburq” qazanıb. Amma bu o demək deyil ki, yenə “Şalke” məğlub olacaq. Hər ikisi qələbə üçün çarpışacaq. Bundesliqada belə oyunlar adətən bol qollu keçir.
“Monako” – “Lans” – 2,5 ÜST
İlk turda komandaların qazancı 1 xal olub. “Lans” bu oyunda mövsümdə ilk qolunu vurmağa, “Monako” isə ilk qələbəni qazanmağa çalışacaq. Tərəflərin hücum potensialını nəzərə bu oyundan 2,5 üst gözləməyə dəyər.