Günün kuponu – 20.08.2022
“Borussiya Dortmund” – “Verder” QOL/QOL
“Verder” sanki “aclıqdan çıxıb”. İlk 2 turdakı oyunlarını eyni hesabla başa vurub – 2:2. Bremenlilər qol vurmağı bacardığı qədər top buraxmağa da “meyllidir”. Ələlxüsus də qarşında “Borussiya” kimi rəhmsiz rəqib ola. Tərəflərin öz aralarındakı oyunların statistikası da qol /qol variantına üstünlük verir. Son 17 dueldən 16-da qarşılıqlı qollar qeydə alınıb. Ona görə əminliklə qol /qol variantına üstünlük verirəm.
“İnter” – “Spezia” – 1
Böyük əminliklə mərc edə biləcəyimiz variantdır. Əmsalı yüksək olmasa da, 3 oyunluq kuponda uduş məbləğinin artmasına təkan verir. Müzakirəsiz, izahatsız, oyun 1!
“Bayer Leverkuzen” – “Hoffenhaym” – 2,5 ÜST
Leverkuzen klubu mövsümə uğursuz başlayıb. 2 oyun, 2 məğlubiyyət. Bu tur qələbə üçün var güclərini sərf edəcəklər.
2 turda 4 qol vurub, 5-ni buraxan “Hoffenhaym” isə açıq futbola üstünlük verir. Belə komandaların oyunları üçün qol /qol və ya 2,5 üst ən münasib variantdır.