“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 20.06.2022
Fluminense – Avay ALT 2.5
“Fluminense” yaxşı formada deyil. A seriyasının debütantı olan qonaqların nəticələrini isə heç də pis qiymətləndirmək olmaz. Amma bukmekerlər nədənsə iki oyunda qol vura bilməyən “Fluminense”ni aşkar favorit sayır. Komandalar arasında son 3 oyun alt bitib, bu seriyanın davam edəcəyini düşünürəm.
Barrakas – Boka Xuniors 2
Liqa Profesionalın debütantını öz meydanında ağır oyun gözləyir. Komanda qısa müddətdə 3-cü liqadan yüksək liqaya çıxmağı bacarsa da, hələlik “Boka Xuniors”dan xal alacaq gücdə görünmür. Rəqiblər indiyəcən cəmi bir dəfə mayın əvvəli görüşüb, onda “Boka” 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə də Maradonanın keçmiş klubu çətin ki qələbəni qaçırsın.
NYCFC – COL Rapids 1
MLS-də Şərq konfransının lideri uğurlu çıxışı ilə fərqlənməyən “Kolorado Rapidz”i qonaq edəcək. Meydan sahibləri yetərincə inamlı çıxış edir. Ardıcıl qələbələr qazanır və bu matçlarda qol buraxmır. Nyu York təmsilçisinin xal itirəcəyi inandırıcı görünmür. Bu oyunda qonaqların qol vurmaq ehtimalı da çox azdı. Eyni zamanda, meydan sahibləri qələbə seriyasında öz qapısının toxunulmazlığın qorusa da, xüsusi məhsuldarlığı ilə də seçilmir. ALT və Yox/Qol variantlarını da mərc etmək olar.