Günün kuponu – 20.06.2022
Elva – Vilyandi Tulevik 1
Komandaların turnir cədvəlində 7 və 9-cu pillələri tutması ilk baxışdan aldadıcı görünə bilər. Əslində meydan sahibləri rəqibindən xeyli üstündü. Aradakı 10 xallıq fərq də bunun göstəricisidi. İlk dövrədə də “Elva” səfərdə qalib gəlib. 16 oyundur qapısının toxunulmazlığını qoruya bilməyən “Vilyandi Tulevik” isə bu gedişlə çətin ki Esiliqada yerini qorusun.
Yunion Espanola – Provincial Ovalle 1
Çili çempionatının liderlərindən biri kubok qarşılaşmasında aşağı liqa təmsilçisini qəbul edəcək. “Yunion Espanola” aşkar favoritdi və möcüzə baş verməsə cütün taleyini böyük ehtimalla ilk qarşılaşmada evdə həll edəcək.
Olimpiya Asunsion – Resistensia 1
Turnir cədvəlində qonşu olan iki komanda indiyəcən aralarında 2 oyun keçirib. İlk matçda ötən il “Olimpiya Asunsion” 2:1 hesabı ilə qalib gəlib. Bu ilin aprelində keçirilmiş qarşılaşmada isə “Resistensia” eyni hesablı qələbəyə sevinib. Amma bukmekerlər bu dəfə meydan sahiblərini aşkar favorit sayır. Qonaqlar formada deyil, son 4 oyunda qələbə üzünə həsrətdi, meydan sahibləri isə əksinə, yaxşı formadadı, səviyyəcə rəqiblərindən üstündü və azarkeşlərin dəstəyi ilə bütün bu faktları real nəticəyə çevirməyə çalışacaq.