Sürpriz kupon – 18.02.2023
“İnter” – “Uduneze” – 1-ci hissə cüt şans 12
Azı 2 qol vurulacağını düşündüyüm matçlarda son vaxtlar bu varianta üstünlük verirəm. Çox vaxt da özüvü doğruldur. Düzdür, bəzən ilk yarı qolsuz və ya qarşılıqlı qollara da yekunlaşır. Amma istənilən variant onsuz da risk tələb edir. 45 dəqiqəlik risk məncə, 90 dəqiqəlikdən daha uyğundur.
“Volendam” – “Vitess” – QOL/QOL
21 oyuna qapısında 49 top görən “Volendam” Erediviziyanın 18 iştirakçısı arasında ən çox qol buraxan komandadır. “Vitess” ona baxanda “şükürlü” olsa da, 37 qol da az deyil. Belə müdafiəsi olan komandaların görüşü üçün ən münasib variant elə qol/qoldur.
“Nyukasl” – “Liverpul” – 1ci hissə cüt şans 12
Bəlkə də bu görüşdə 1 qol olacaq, amma nədənsə, intuisiya mənə hesabın ilk yarıda açılacağını deyir. Zatən tərəflərin hər ikisinin elə hücum xətti var ki, qol vurmamaları üçün elə bir əsas yoxdur.