Sürpriz kupon – 17.01.2024
Livan – Çin – 30-cu dəqiqəyə kimi qol – Xeyr
Asiya Kuboku 2024-ün ilk turunda Livan turnirin ev sahibi Qətərə 0-3 uduzub, Çin isə Tacikistanla 0-0 oynayıb. Pley-offa çıxmaq şanslarını saxlamaq üçün hər iki tərəfə qələbə lazımdır. Vəziyyət komandalardan qol vurmağı, hücum futbolu göstərməyi tələb edir. Bəlkə də bu matçda 2, 3 və ya daha çox qol olacaq. Amma mən görüşdə 30-cu dəqiqəyə qədər hesabın açılacağını gözləmirəm.
Tacikistan – Qətər – 1-ci hissə – Qətər
Asiya Kuboku 2024-ün təşkilatçısı olan Qətərin oyunlarına ehtiyatla yanaşmaq lazımdır. Təcrübə göstərir ki, belə böyük turnirlərdə bəzən hakimlər təşkilatçı ölkənin komandasına rəğbət bəsləyir, onların xeyrinə bilərəkdən və ya bilməyərəkdən səhvlər edir. Xüsusən də təşkilatçı ölkə Qətər kimi bir dövlətdirsə. Bu oyunda Tacikistan yığmasının oyunçusuna qırmızı vərəqə göstəriləcəyinə və ya Qətərin xeyrinə penalti qərarı veriləcəyinə də mərc etmək olar. Amma bunlarla müqayisədə ilk yarının meydan sahibinin xeyrinə bitəcəyinə mərc etmək daha etibarlı variantdır. Qətər ilk yarıda qələbənin əsasını qoya bilər.
İstanbul Başakşəhər – Boluspor – 2,5 ÜST
Bu komandalar indiyədək 2 dəfə qarşılaşıb, o da 2013\14 mövsümündə, “Başakşəhər” superliqada deyil, 1-ci liqada oynayanda. Hər 2 matçda da İstanbul təmsilçisi “Boluspor”u darmadağın edib – 4:0 və 4:1. İndi “Başakşəhər”in Superliqada işləri o qədər yaxşı getməsə də, Türkiyə Kubokunda azarkeşlərini sevindirməyə çalışır. Fikrimcə, 1/16 final mərhələsini keçmək onlara problem olmayacaq. Hətta böyük hesablı qalibiyyət təxmin edirəm. Bolu təmsilçisinin də qol vuracağı gözləniləndir. Deməli, 2,5 Üst variantı “gəl-gəl” deyir.