Günün kuponu – 17.01.2024
Tacikistan – Qətər – 2
Asiya Kuboku 2024-ün final mərhələsi Qətərdə keçirildiyindən onlar bu oyunun favoritidir. İlk turda Livana 3:0 qalib gələn Qətər millisi Tacikistanı da məğlub etməklə pley-offa vəsiqəni erkən təmin etməyə çalışacaq. Taciklər çətin ki, bu oyunda turnirin ev sahibinə sürpriz etsin.
Mərakeş – Tanzaniya – 1
Afrika Millətlər Kubokunun daimi favoritlərindən sayılan Mərakeş millisi turnirə qələbə ilə başlamağa çalışacaq. Heyətində Yassin Bono kimi qapıçı, Yussef En-Nesiri, Hakim Ziyeş, Sofyan Amrabat, Əşrəf Hakimi kimi Avropada tanınan oyunçular olan Mərakeş millisi məntiqlə Tanzaniyanı məğlub etməlidir. Məncə, belə də olacaq.
Ostende – Molenbek – 2,5 ÜST
Belçika Kubokunda 1/4 final mərhələsinin qalibləri 1 oyunun nəticəsinə əsasən müəyyənləşir. “Ostende” Pro-Liqada (1-ci liqa) sonuncu yerdə qərarlaşsa da, kubokda bundan əvvəlki mərhələdə “Genk” kimi komandanı əlavə vaxtda vurulan qollarla mübarizədən kənarlaşdırıb. “Molenbek” isə elə həmin “Genk”in də çıxış etdiyi yüksək liqada autsayderlər qrupundadır. Yəni, tərəflərin fərqli statuslu divizionlarda yer almasına aldanmaq olmaz. Aşkar favorit olmayan bu matçda Belçika futbolu üçün xarakterik olan “məhsuldar” bir oyun gözləyirəm.