Sürpriz kupon – 16.02.2023
“Trabzonspor” – “Bazel” 2
Hər iki klub stabil çıxış edə bilmir. Trabzon təmsilçisi son turda səfərdə “Qalatasaray”a uduzub. Türkiyənin çətin günlərində meydana çıxacaq “Trabzonspor”dan əzmkar mübarizə gözləyirəm. Digər tərəfdən “Bazel”in səfərdə qələbə qazanması sürpriz olmayacaq.
“Braqa” – “Fiorentina” ÜST2.5
A seriyasında uğursuzluq zolağına düşən “Fiorentina” ardıcıl beş oyun qələbəyə həsrət qalıb. Turnir cədvəlində 14-cü sıraya düşən qonaqların vəziyyəti qənaətbəxş sayılmır. “Braqa” liderlər qrupunda qərarlaşmasına baxmayaraq şansları yüksək qiymətləndirilmir.
“Bodo Qlimt” – “Lex” 1
Norveç çempionatının liderlərindən biri Polşa təmsilçisini qəbul edir. Meydan sahiblərinin müdafiədə olan problemi həll olunmayıb. “Lex” Polşa çempionatında üçüncü pilləni tutur. Cari il ölkə çempionatında baş tutan iki turda 6 xal toplayan qonaqlardan səfərdə açıq futbol gözləntisi yoxdu.