Günün kuponu – 16.02.2023

Günün kuponu – 16.02.2023

“Barselona” – “Man. Yunayted” QOL/QOL
Avropa Liqasında 1\16 final mərhələsi, pley-off görüşünə mərc etmək təklif olunur. Ardıcıl 11 matçda qələbə qazanan kataloniyalılar doğma meydanda ingilisləri qəbul edir. Klubların son üç duelində ispanlar qələbə qazanıb. Amma indi hər iki tərəfdə heyətdə dəyişiklik var.

“Zalsburq“ – “Roma” 2
“Roma” təmsilçisi A seriyası və ölkə kubokunda qeyri-stabil çıxışını davam etdirir. İtaliya Kubokunda “Kremoneze”yə 1-2 hesabı ilə uduzan paytaxt təmsilçisi sürprizə səbəb olub. A seriyasında dördüncü yerdə qərarlaşan qonaqları Avstriyada çətin sınaq gözləyir. “Zalsburq” evdə hər zaman inamlı təsir bağışlayıb.

“Ayaks” – “Yunion Berlin” QOL/QOL
Bundesliqada lider “Bavariya”dan 1 xal geri qalan qonaqlar ardıcıl altı görüşdə meydanı qələbə ilə tərk edib. Niderland çempionatında üçüncü yerə qərarlaşan meydan sahibləri stabil çıxış etmir.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Saka “Arsenal”da qalacaq

Növbəti yazı

Sürpriz kupon – 16.02.2023