Sürpriz kupon – 14.03.2024
Vest Hem – Frayburq 3,5 ÜST
İlk oyunda minimal hesabla uduzan “Vest Hem”in ilk dəqiqələrdən risk alacağını ehtimal edirəm. İngilislər rəqibə açıq futbol təklif edəcək. Odur ki, matçın bol qollu keçəcəyini təxmin etmək olar. Sürpriz kupon olduğunu nəzərə alaraq 3,5 Üst seçimini təklif edirəm.
PAOK – Dinamo Zaqreb 2
Məncə, gecənin sürprizi bu matçda qeydə alınacaq. 0-2 hesablı məğlubiyyətin revanşında yunanlar risk almalıdır. Fikrimcə, “Dinamo Zaqreb” əks hücumlarda bundan yararlanacaq və səfər oyununda da qələbə qazanacaq.
Makkabi Təl-Əviv – Olimpiakos 1
Cütün taleyini ilk oyundaca həll edən “Makkabi” cavab oyununda da qələbəyə çox yaxın olacaq. Baxmayaraq ki, əmsallarda onlara güvən azdır. Amma İsrail təmsilçisi “Olimpiakos”u artıq “çözüb”. Odur ki, “Makkabi”nin qələbəsinə mərc etməyə dəyər.