Sürpriz kupon – 14.02.2024
“Nəsəf Qarşı” – “Əl Ayn” – Cüt Şans X2
Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Özbəkistan təmsilçisinin qarşısına elə də münasib rəqib çıxmayıb. “Əl Ayn” BƏƏ klubu olsa da, matçlarda start heyətdə 9-10 legionerlə oynayır. Baş məşqçi də ötənlərin məşhur argentinalı hücumçusu Ernan Krespo. “Nəsəf Qarşı” doğma meydanda oynasa da, özbəklərin qələbəsinə inanmıram. Fikrimcə, Kresponun “legioner ordusu” bu matçda uduzmayacaq.
“Latsio” – “Bayern Münhen” – 1-ci hissə – “Bayern Münhen”
“Bayern” 4 gün əvvəl Bundesliqada Leverkuzendə aldığı məğlubiyyətin (0:3) heyfini çıxmağa komanda axtarır. Əlbəttə, öz meydanında oynayacaq “Latsio” aciz rəqib deyil. Amma onlara da “Bayern” deyərlər. Məncə, tam 90 dəqiqə olmasa da, azı ilk 45 dəqiqənin sonunda hesabda öndə olacaqlar.
PSJ – “Real Sosyedad” – 1-ci hissə – PSJ
“Real Sosyedad” qrupdan çıxmaqla minimum vəzifənin öhdəsindən gəlib. PSJ çətin ki, onları növbəti mərhələyə buraxsın. San-Sebastyan klubu hər nə qədər çətin rəqib olsa da, Mbappe-Ramos-Kolo Muani triosunun oyunun ilk yarısında qələbəni təmin edəcəyini düşünürəm.