“Araz-Naxçıvan” “Neftçi”ni məğlub etdi

“Araz-Naxçıvan” “Neftçi”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub. Son matçda “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib.

Görüş qarşılıqlı hücumlarla keçib. Tərəflərin səylərinə baxmayaraq, ilk hissədə qol vurulmayıb. Oyunda hesab matça əlavə olunan dəqiqələrdə açılıb. Orxan Əliyev penaltini dəqiq yerinə yetirib – 1:0.

Bununla da, xallarının sayını 30-a çatdıran “Araz-Naxçıvan” 5-ci pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.02.2024

Növbəti yazı

Hoylund “Real”ın maraq dairəsində