Günün kuponu – 14.02.2024
“Bolonya” – “Fiorentina” – Cüt Şans X2
“Fiorentina” qələbəsiz oyunlar seriyasına 3 gün əvvəl “Frosinone” üzərində parlaq qələbə ilə (5:1) son qoydu. Bu möhtəşəm qələbənin doğurduğu ruh yüksəkliyi Florensiya klubu üçün “Bolonya” qarşısında motivasiya ola bilər. Aralarındakı son 2 dueldə bolonyalılara uduzmayan “Fio”nun bu dəfə də meydanı azı 1 xalla tərk edəcəyini düşünürəm.
“Latsio” – “Bayern Münhen” – 2,5 ÜST
Qol vurmağı sevən 2 komandanın dueli. Bundesliqanın son turunda Leverkuzen “Bayer”indən ağır məğlubiyyət (0:3) alan Münhen klubu yəqin ki, gücünü romalılara göstərəcək. “Latsio” da öz meydanında aciz görünməməyə çalışacaq. Bu səbəbdən bol qollu oyun gözləyirəm.
PSJ – “Real Sosyedad” – 1
Son 4 oyunda qələbə qazana bilməyən və hazırda La Liqada 7-ci yerdə olan “Real Sosyedad” çətin ki, Mbappenin komandası qarşısında davam gətirə bilsin. Fikrimcə, PSJ bu matçın və ümumiyyətlə, ÇL-in əsas favoritlərindən biri olduğunu oyunu ilə təsdiqləyəcək.