Sürpriz kupon – 13.01.2024
“Nyukasl” – “Mançester Siti” – QOL/QOL
“Nyukasl” qeyri-sabit oynadığından bəlkə də çoxu onların Qvardiolanın komandasına qol vuracağına inanmır. Amma əvvəlki illərin təcrübəsi göstərir ki, “Siti” üçün Nyukasl səfəri adətən çətin olur. Kubok matçları bir kənara, təkcə Premyer Liqa oyunlarında bu komandaların “Sent Ceyms Park”da son 5 qarşılaşmasından 4-də “Nyukasl” Mançester təmsilçisinə azı 1 qol vurub. Fikrimcə, “ənənə” yenə davam edəcək.
“Malyorka” – “Selta” – cüt şans X2
La Liqanın autsayderlərindən olan “Selta” 2024-cü ilə yaxşı başlayıb: Biri kubok matçı olmaqla 2 oyun, 2 qələbə. Məncə, Viqo təmsilçisi Palma-de-Malyorka səfərində də bu seriyasını davam etdirəcək və azı 1 xal qazanacaq. Nəzər alaq ki, “Malyorka” özü də bu mövsüm yüksək səviyyədə çıxış etmir.
“Darmştad” – “Borussiya” (Dortmund) – 2,5 ÜST
Dortmund klubu autsayderin qonağıdır. Onsuz da son pillədə olan “Darmştad”ın itiriləsi nəyisə qalmayıb. Məncə, onlar nüfuzlu rəqibinə sürpriz etmək üçün riskı gedəcək. Bu isə qarşılaşmanı yekun nəticənin hansı komandanın xeyri olmağından asılı olmayaraq bol qollu bir matça çevirəcək.