Günün kuponu – 13.01.2024
“Napoli” – “Salernitana” – 1-ci hissə – “Napoli”
“Napoli” “qara zolaqdadır”. Komanda İtaliya Kubokunun oyunu da daxil son 4 matçda qələbə qazanmayıb. Belə məqamda A seriyasının sonuncu yerdə gedən komandası ilə qarşılaşmaq lap yerinə düşüb. Fikrimcə, neapollular son oyunlardakı uğursuzluqların bütün heyfini “zavallı” “Salernitana”dan çıxa bilər. Meydan sahibinin elə ilk yarıda qələbə qazanacağına inamım böyükdür.
“Leypziq” – “Ayntraxt” – QOL/QOL
Bundesliqada 3 həftəlik “qış tətili” başa çatdı. Turnir cədvəlində qonşu olan komandaların duelinin məhsuldar keçəcəyini düşünürəm. Statistik göstəricilər də bundan xəbər verir. “Leypziq” 16 turda 38, Frankfurt klubu isə 26 qol vurub. Bu komandaların möhkəm müdafiəyə sahib olduqlarını da demək olmaz. Demək, qarşılıqlı qollar gözləniləndir.
“Auqsburq” – “Bayer” (Leverkuzen) – 1-ci hissə cüt şans 12
Bundesliqada lider olan “Bayer” ilk dövrəni “birnəfəsə”, yüksək səviyyədə keçirdi. Fasilədən sonrakı ilk oyun maraq doğurur. Fikrimcə, Auqsburq səfəri heç də asan olmayacaq. Bol qol gözlədiyim bu matçda hesabdakı bərabərliyin fasiləyə qədər pozulacağını təxmin edirəm.