Sürpriz kupon – 12.04.2022
“Portsmut” – “Roterem” – ALT 2,5
Bir vaxtlar İngiltərə Premyer Liqasında çıxış edən “Portsmut” indi 1-ci liqada orta sıralardadır. Komanda həm də 5 oyundur ki, qələbə qazana bilmir. Maraqlıdır ki, bu 5 matçın hamısında alt 2,5 gəlib.
Liderdən 3 xal geri qalan “Roterem” 3-cü yeri tutur. Bu komandalar arasında son iki oyunda üst 2,5 gəlsə də, bu dəfə risk edib daha az qol vurulacağını gözləmək olar.
“Bayern Münhen” – “Vilyarreal” – ÜST 2,5
Əgər meydan sahibləri erkən qol vursa, sonra onları dayandırmaq olmayacaq. Hətta “Vilyarreal”ın İspaniyada müdafiə xətti ilə seçilməsi də qonaqlara çətin kömək olsun.
“Zaltsburq”la səfərdə 1:1 hesablı heç-heçədən sonra almanların 7:1-lik qələbəsini yada salın.
“Berton” – “Uiqan” – 2
“Uiqan” 86 xalla Liqa 1-də turnir cədvəlinə başçılıq edir.
17-ci pillədə olan “Berton” isə üç oyundur qələbə qazana bilmir.
Bu komandalar arasındakı statistikada da üstünlük “Uiqan”ın tərəfindədir. “Berton” 7 oyundur ki, rəqibini məğlub edə bilmir.