Günün kuponu – 12.04.2022
“Bayern Münhen” – “Vilyarreal” – 1
Bir həftə öncə İspaniyada əsl sensasiya baş verdi. Hər kəs Almaniya klubunu favorit göstərsə də, Unai Emerinin komandası doğma divarlar arasında minimal hesablı qələbə qazandı. Amma cavab oyununda bu üstünlüyü qoruyub saxlamaq asan məsələ deyil.
“Vilyarreal” “Bayern Münhen”lə görüşdən sonra La Liqda “Atletik Bilbao” ilə matça eksperimental heyətlə çıxdı və 1:1 bərabərə qaldı.
Naqelsmann isə “Ausburq”la qarşılaşmada əsas heyəti oynatdı və 3 xal qazandı – 1:0.
İnanmıram ki, “alman maşını” ikinci dəfə büdrəyə.
“Real” – “Çelsi” – QOL/QOL
Madrid klubu Kərim Benzemanın fantastik oyunu sayəsində “Stemford Bric”də inamlı qələbə qazanmışdı – 3:1.
Bu dəfə Karlo Ançelottinin komandası yəqin ki daha ehtiyatlı davranacaq. “Çelsi”yə isə qollar lazım olduğundan qonaqların ilk dəqiqələrdən hücuma atılmasını proqnozlaşdırmaq olar. London klubu Madrid səfərindən öncə “Sautqempton”un qapısından 6 cavabsız top keçirib.
“Real”da cəzalı Eder Militao meydana çıxmayacaq. “Çelsi”də isə Aspilkueta ilə Lukaku matçı buraxa bilər.
Məncə, belə oyunda qarşılıqlı qollar gözləməyinə dəyər.
“Paçuka” – “Tixuana” – 1
Liderdən cəmi 1 xal geri qalan “Paçuka” bu oyunda qalib gəlsə, 1-ci pilləyə yüksələcək. “Paçuka” ardıcıl 2 oyunda uduzduqdan sonra ötən tur “Tiqres” üzərində qələbə qazanmışdı – 2:1.
“Tixuana” isə son iki oyunda qalib gələ bilməyib. Birinci dövrədə “Tixuana” “Paçuka” üzərində son dəqiqələrdə vurulan qolla qələbə qazanmışdı – 3:2. İndi meydan sahibləri üçün həm də revanş anıdır.