Sürpriz kupon – 11.02.2022

Sürpriz kupon – 11.02.2022

“Portu” – “Sportinq” – QOL/QOL

Çempionluq uğrunda mübarizə aparan komandaların oyunu böyük maraqla gözlənilir. Birinci dövrədə Lissabondakı oyunda qalib müəyyənləşməmişdi – 1:1. Sentyabrın 11-də keçirilmiş həmin matçdan bu yana “Portu” çempionatda bütün oyunlarda (16) qələbə qazanıb! “Sportinq” isə “Braqa” məğlubiyyətindən sonra son iki turda rəqibləri üzərində qalibiyyət əldə edib. Favorit “Portu” sayılsa da, bu cür çempionluq matçlarında bəzən sürprizlər də olur. Odur ki, qol/qol daha sərfəli variantdır.

“Leyptsiq” – “Köln” – 1

“Leyptsiq” son oyunda “Bayern Münhen”ə sona qədər müqavimət göstərməyə çalışsa da, məğlubiyyətdən qaça bilmədi 2:3. Buna qədər Domeniko Tedeskonun komandasının Bundesliqada ardıcıl 3 qələbəsi var idi. Maraqlıdır ki, “Köln” də son məğlubiyyətini “Bayern Münhen”dən alıb – 0:4. Son vaxtlar bu komandaların duelində aşkar favorit olmayıb. Amma düşünürəm ki, doğma meydan amili “Leyptsiq”in xeyrinə işləyə bilər.

“Aue” – “Holstein Kiel” – 2

Vaxtilə milimizə çağrılan Dmitri Nazarovun komandası “Aue” indi heç də yaxşı günlərini yaşamır. “Aue” son qələbəsini noyabrın 20-də qazanıb. Komanda son 7 oyunda yalnız 1 xal toplaya bilib. “Holstein Kiel” isə son 3 matçda 7 xal yığıb. Öz aralarındakı görüşlərdə də üstünlük “Holstein Kiel”in tərəfindədir.

Elnur Məmmədlidən ən son “Sürpriz Kupon”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 11.02.2022

Növbəti yazı

Ronaldonun oğlu “Mançester Yunayted”də