Günün kuponu – 11.02.2022
“Sevilya” – “Elçe” – 1
“Real Madrid”lə çempionluq uğrunda mübarizə aparmağa əsas namizəd kimi göstərilən “Sevilya” 3 oyundur ki, qələbə qazana bilmir. Lopeteginin komandası artıq “kral klubu”ndan 6 xal geri qalır. “Sevilya” son turda səfərdə “Osasuna”nın qapısına yol tapa bilmədi. Bu dəfə isə “Ramon Sançez Pisxuan”dan “Elçe”ni əliboş yola salmaq üçün meydan sahibləri bütün güclərini ortaya qoyacaq. Birinci dövrədə “Sevilya” “Elçe” ilə səfər matçında xal itirmişdi – 1:1. Amma öz meydanında “Sevilya” son 3 görüşdə qələbə qazanıb.
PSJ – “Renn” – QOL/QOL
Paris klubu son oyunda ötən mövsümün çempionu “Lill”in qapısından 5 top keçirdi – 5:1. PSJ-nin hələ də heyətlə bağlı ciddi problemləri var. Neymar, Di Mariya, Serxio Ramos, Veynaldum, İkardi, İdrisa Quey kimi futbolçular komandaya kömək edə bilmirlər. Amma bu cür itkilərə rəğmən, yenə də paytaxt klubunun heyəti çox güclü və genişdir. 37 xalla 5-ci yeri tutan “Renn” Çempionlar Liqasına vəsiqə verən yerlərə can atır. PSJ aşkar favorit olsa da, düşünürəm ki, hər iki komandanın qol vurmaq şansları olacaq. Öz aralarındakı son 5 oyunun üçünün qol/qol gəlməsi də, bizə müəyyən qədər əsas verir.
“Altay” – “Rizespor” – QOL/QOL
Hər iki klub Super Liqada qalmaq uğrunda mübarizə aparır. “Altay” 19-cu, Rize klubu isə 18-ci pillədədir və komandaları cəmi 1 xal ayırır. “Altay” ötən tur İzmir derbisində “Göztəpə” üzərində vacib qələbə qazandı. “Rizespor” isə doğma divarlar arasında “Adana Demirspor”a uduzdu. Bu komandalar arasında son iki qarşılaşmada qarşılıqlı qollar olub. Məncə, bu dəfə də oyunun qol/qol gəlmə ehtimalı az deyil.