Sürpriz kupon – 09.06.2022
Norveç – Sloveniya 1
22 ildi dünya və Avropa çempionatlarından kənarda qalan Norveç UEFA Millətlər Liqasında xoşbəxt vəsiqəni qazanmaq arzusundadır. Serbiya (1-0) və İsveç millisini (2-1) məğlub edən Norveç ardıcıl 4 matçda qələbəyə sevinib. Yeni gənc heyətdən formalaşan Norveçdən evdə qələbə gözləyirəm.
İsveç – Serbiya QOL/QOL
Meydan sahiblərinin müdafiədə kifayət qədər problemi var. Əksər oyunlarda müdafiənin səhvi ucbatından meydanı məğlub tərk edirlər. Serblər səfərdə keçirdiyi 4 matçdan üçündə uğur qazanıb. Hər iki komandaya 3 xal lazımdır. Ona görə bu matçdan məhsuldar nəticə gözləyirəm.
Yunanıstan – Kipr ALT2.5
Qustavo Poyetanın rəhbərliyi altında yunanlar baxımlı oyundan imtina edərək nəticə üçün meydana çıxır. Millətlər Liqasında hər iki matçda 1-0 hesablı qələbə qazanan ellada təmsilçiləri yenə favorit sayılır. Səkkiz görüşdə uduzmayan Yunanıstan altı görüşdə qapısına toxunulmaz saxlayıb. Meydan sahiblərindən minimal hesablı qələbə gözləyirəm.