Sürpriz kupon – 08.12.2022
Cenoa – Sudtirol QOL/QOL
Turnir cədvəlində qonşu olan rəqiblərin oyununda yekun nəticəni proqnozlaşdırmaq çətindi.
“Cenoa”dan 1 xal geridə qalan və son turda lider “Frosinone” ilə heç-heçə oynayan “Sudtirol” 5 oyundu meydanı qolsuz tərk etmir. “Cenoa” isə əksinə 5 oyundur qapısının toxunulmazlığını qoruya bilmir.
Qol/Qol variantını sınamaq olar.
Parma – Benevento 1
Əvvəlki şöhrətini qaytarmaq istəyən “Parma” B Seriyasında qarşısına yüksək hədəflər qoyur.
“Benevento” isə liqadakı yerini qorumağa çalışır. Bukmekerlər meydan sahiblərini oyunun favpriti görür və zənnimcə, bunda haqlıdırlar. “Doğma divarlar arasında” inamlı çıxış edən “Parma”nın qələbəsinə mərc etmək olar.
Olimpiya – Mura 1
Bütün statistik göstəricilər və komandaların real qüvvələri meydan sahiblərinin qələbəsindən xəbər verir. “Olimpiya” xüsusən oz meydanında nadir hallarda xal itkisinə yol verir. Lyublyanalıların bu oyunda da qalib gəlmək şansları yetərincə yüksəkdi.