Sürpriz kupon – 08.05.2023
“Trabzonspor” – “Ankaragücü” Trabzon qələbə və QOL/QOL
Liderlərdən çox uzaqlaşan Trabzon təmsilçisi hər tur məğlubiyyət acısı yaşayır. Meydan sahibləri 2021-ci ildən “Ankaragücü”yə qalib gələ bilmir. Risk edərək meydan sahiblərinin qələbəsini seçirəm və hər iki komandanın qol vuracağına ümid edirəm.
“Qalatasaray” – “İstanbul Başakşəhər” 1
Superliqada 33-cü tur Cim Bomla “Başakşəhər”i üz-üzə qoyur. Ötən tur “Beşiktaş”a uduzan (1-3) GS son iki matçda qələbə qazanmayıb. Bu görüşdə meydan sahiblərinin qələbəsinə inanıram. Bununla GS həm də Türkiyə Kubokundakı məğlubiyyətin əvəzini çıxacaq.
“Qarabağ” – “Qəbələ” QOL cəmi TƏK
Ağdam klubunun çempionluğu artıq rəsmiləşdirmək üzrədir. Qəbələ təmsilçisi isə premyer liqada dördüncü yer uğrunda mübarizəni davam etdirir. Bununla qonaqlar avrokuboklara vəsiqə qazanacaq. Fikrimcə bu matçda “Qarabağ” uduzmayacaq.