Günün kuponu – 08.05.2023
“Fulhem” – “Lester” QOL/QOL
Turnir cədvəlinin ortalarında yer alan “Fulhem” son üç matçda məğluiyyət acısı yaşayıb. Qonaqlar isə ötən tur “Everton”la 2-2 oynayıb. Bu komandaların duelində aşkar favorit olmur.
“Brayton” – “Everton” 1
“Everton” premyer liqanı tərk etmək təhlükəsindən xilas ola bilmir. Ona görə bu komanda üçün hər oyun xüsusi əhəmiyyət daşıyır. Meydan sahibləri layiqli olaraq mövsümün sürprizi sayılır. UEFA Konfrans Liqasına vəsiqə qazanmağa yaxın olan “Brayton” son iki ildə bu rəqiblə keçirilən matçlarda qələbə qazanıb.
“Nottinqem Forest” – “Sautqempton” QOL/QOL
Autsayderlərin dueli maraqla gözlənilir. 24 xalla son pillədə olan “Sautqempton” 18-ci yerdə qərarlaşan “Nottinqem Forest”dən 6 xal geri qalır. Son 5 oyunda 1 xal qazanan qonaqların səfərdə sürpriz etmək ehtimalı yüksək deyil.