Günün kuponu – 02.05.2024
Çelsi – Tottenhem QOL/QOL
İngiltərə Premyer Liqasında son turların uğursuzları üz-üzə gəlir. Zadəganlar artıq arıdıcıl üç tur qələbəyə həsrət qalır. “Tottenhem” isə son turlarda əvvəlcə “Nyukasl”, ardınca isə “Arsenal”a məğlub olub. Turnir cədvəli baxımından qonaqlar qələbə qazanmaqla avrokuboklarda iştirakını təmin etməyə yaxınlaşa bilər. Digər tərəfdən “Çelsi” evdə rahat təslim olan komanda deyil. Qarşılıqlı qollar gözləməyə dəyər.
Roma – Bayer QOL/QOL
Avropa Liqasında yarımfinal başlayır. Bizə yaxşı tanış olan “Bayer” səfərdə “Roma”nın qonağı olacaq. “Canavarlar” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışan Leverkuzen təmsilçisi üçün uğursuz rəqibdi. “Bayer” son 20 ildə “Roma”nı məğlub edə bilməyib. Son dəfə 2004-cü ildə Leverkuzen klubu evdə “Roma”nı üstələyib 3-1. İndiki vəziyyətdə hər iki tərəfdən qol gözləmək ən yaxşı seçimdi.
Marsel – Atalanta ALT2.5
Bu komandalar ilk dəfə üz-üzə gələcək. Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda risksiz oyun gözləmək olar. Əvvəlki mərhələdə “Marsel” “Benfika”nı, “Atalanta” isə “Liverpul”u yarışdan uzaqlaşdırıb. Fransa klubunda müxtəlif səbəblərdən 8 futbolçu oyunda iştirak etməyəcək. İlk oyunda tərəflərin minimal hesablı nəticəyə razı olacağını düşünürəm.