Sürpriz kupon – 02.05.2024
Aston Villa – Olimpiakos ÜST2.5
Avroliqada daha bir yarımfinal. İngilislər əvvəlki mərhələdə “Lill”, yunanlar isə “Fənərbağça”nı mübarizədən kənarlaşdırıb. Əksər mütəxəssislər “Aston Villa”nın evdə rahat qələbə qazanacağını düşünür. Heyətə gəlincə meydan sahiblərinin daha çox itkiləri var. Hər iki tərəf son oyunlarda məhsuldar nəticələrlə diqqəti cəlb edir. Fikrimcə bu matçda da ÜST2.5 seçimi yanlış olmayacaq.
Fiorentina – Brügge QOL/QOL
Belçika klubu avrokuboklar daxil ardıcıl yeddi matçda meydanı qalib tərk edib. İndi uğurlu oyunları İtaliyada davam etdirmək niyyətindədi. “Fiorentina” ev komandası kimi ilk oyundan qalib ayrılmağa çalışacaq. Fikrimcə “Brügge” səfərdən məğlub ayrılacaq. Amma qol/qol seçimi üzərində dayanıram.
Partizan Belqrad – Voyvodina 1
Etopaz Serbiya Superliqasında 33-cü tura mərc gəlməyi təklif edir. Meydan sahibləri lider “Srvena Zvezda”dan 11 xal geri qalır. “Partizan” indi daha çox ikinci pilləni qorumağı düşünür. Çempionatda ardıcıl üç məğlubiyyətdən sonra meydan sahibləri özünə gəlməyə çalışır. Serbiya Kubokundakı məğlubiyyət azarkeşləri bərk əsəbləşdirib. “Partizan”ın nəhayət ümidləri doğruldacağını fikirləşirəm.