Azar “Real”da qalmaq arzusunda
“Real”ın hücumçusu Eden Azar gələcəyi barədə qərarını açıqlayıb. O, Madriddə qalmaq fikrindədir.
Belçikalı İspaniya klubu ilə müqaviləsinin sonuna qədər komandada çıxış etmək istədiyini bildirib. Həmçinin, o, heyətə düşmək üçün daha çox çalışacağını da söyləyib.