PSJ-nin Zidan planı
Kristof Qaltyenin PSJ-nin baş məşqçisi postunda gələcəyi qeyri-müəyyən olaraq qalır. Klub yeni çalışdırıcı axtarışlarını davam etdirir.
PSJ rəhbərliyi hələ də “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanı bu posta gətirmək arzusundadır. Bundan əlavə, parislilər bu yaxınlarda hazırda “Roma”da çalışan Joze Mourinyo və bir müddət əvvəl “Bavariya”dan qovulan Yulian Nagelsmannla danışıqlar aparır.