Sürpriz kupon – 07.10.2022
“Gaziantep” – “Adana Demirspor” 2
“Gaziantep” 4 oyundur ki, Super Liqada qələbə qazana bilmir. Erol Bulutun komandası son dəfə avqustun 26-da “Antalyaspor” üzərində qalibiyyət əldə etmişdi.
17 xalı olan Adana təmsilçisi “Başakşehir”, “Konyaspor” və “Qalatasaray”la birgə 1-4-cü yerləri bölüşür.
Vinçentzo Montellanın baş məşqçi olduğu klub son turda öz meydanında “Qalatasaray”la qolsuz bərabərə qaldı. Lakin həmin oyunda qırmızı vərəqə alan Benjamin Stambuli Antep səfərinə gedə bilməyəcək.
“Adana Demirspor” liderlər qrupundan uzaq düşməmək üçün bu matçdan 3 xalla ayrılmalıdır.
“Arminiya” – “Karlsrue” QOL/QOL
“Arminya” 10 oyundan sonra 8 xalla sonuncu 18-ci yerdədir. Amma komanda son 5 turda iki qələbə qazanıb. Bu görüşlərdə “Nürnberq”lə matçı (0:1) çıxmaq şərti ilə hamısında rəqib qapısına yol tapa bilib.
“Karlsrue” son 3 turda 9 xal toplayıb. Özü də bu oyunlarda 12 dəfə fərqlənib, öz qapılarından yalnız 2 top buraxıblar.
Bu komandalar arasında son 3 görüş ÜST 2,5 gəlib. Məncə, bu dəfə də qarşılıqlı qollar ola bilər.
“Stal” – Poqon” 2
“Legiya”, “Visla Plotsk” və “Rakov” turnir cədvəlində “Poqon”u qarabaqara izləyirlər. “Poqon”la “Legiya” eyni xal (21) toplasalar da, topların daha yaxşı fərqinə görə, isveçli Yens Qustafssonun komandası 1-ci yeri tutur.
Bu komandalar arasında son 2 görşdə “Poqon” qalib gəlib. Bu dəfə qonaqlar üçün oyun daha böyük əhəmiyyət kəsb edir.