Günün kuponu – 07.10.2022
“Lion” – “Tuluza” 1
“Lion” “Anje” qələbəsindən sonra Liqa-1-də ardıcıl 4 oyunda məğlub olub. Peter Boşun komandası son iki görüşdə PSJ və “Lans”a minimal hesabla uduzub.
“Tuluza” isə son iki turda qələbə qazanıb. Qonaqların heyətində ötən qarşılaşmada qırmızı vərəqə alan danimarkalı Mikkel Desler meydana çıxmayacaq. Komandanın əsas hücumçularından braziliyalı Rafael Ratao isə zədəlidir.
Məncə, “Lion” bu tur qələbə qazanmaqla “qara zolaq”dan çıxa bilər.
“Hoffenhaym” – “Verder” QOL/QOL
“Hoffenham” son iki oyunda heç-heçə edib. “Verder” isə axırıncı turda “Borussiya Münhenqladbax” üzərində parlaq qələbə qazanmışdı – 5:1.
Ötən mövsüm “Hoffenhaym” öz meydanında “Verder”i darmadağın etmişdi – 4:0.
“Hoffenhaym”da itkilər daha çoxdur. Məncə, qol\qol variantı daha inandırıcı görünür.
“Qroningen” – “Velveyk” QOL/QOL
“Qroningen” son iki turda meydanı məğlub tərk edib. “Velveyk” isə PSV-yə 0:1 uduzduqdan sonra 2 oyunda 4 xal qazanıb.
Hər iki komandanın müdafiə xəttində problemlər var, demək olar, hər oyun top buraxırlar.
Bu klublar arasında son 3 qarşılaşma qol\qol gəlib.