Sürpriz kupon – 06.06.2022

Sürpriz kupon – 06.06.2022

Andorra – Moldova ALT2.5

UEFA Millətlər Liqasına Andorra məğlubiyyətlə başlayıb. Cırtdan ölkənin komandası Latviya millisinə 0-3 hesabı ilə uduzub. Moldova isə Lixtenşteynə 2 cavabsız qolla qalib gəlib. Komandaların son görüşündə Andorra 1-0 hesablı qələbə qazanmasına baxmayaraq bu dəfə rəqib şanslı hesab edilir.

Latviya – Lixtenşteyn QOL/YOX

Latviya ilk oyunda 3 xalı 3 qolla qazanıb. Cırtdan ölkənin komandası isə Moldovaya uduzub (0-2). Latviyanın qələbə qazanmaq şansları yüksəkdir. Amma 1.20 əmsalına görə qələbəni seçmək istəməzdim. Qonaqların qol vuracağına inanmıram. Latviya doğma meydanda rəqibin sevinməsinə imkan verməyəcək.

İslandiya – Albaniya QOL/QOL

İslandiya millisi ilk turda səfərdə İsrailə qarşı layiqli müqavimət göstərdi. Matç 2-2 hesabı ilə başa çatmasına baxmayaraq hər iki komanda yaxşı təsir bağışladı. İslandiyanın təhlükəli hücumları bu dəfə Albaniyaya çətin anlar yaşadacaq. Albaniya yeni mövsümdə Millətlər Liqasında ilk oyuna çıxacaq.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Nadaldan çempionluq və rekordlar

Növbəti yazı

Messidən ilk: Millidə penta-trik