Sürpriz kupon – 05.12.2022
Yaponiya – Xorvatiya 2
Ötən mundialın finalçısı olan xorvatlar əla heyətə malikdi. Əsl komanda oyunu nümayiş etdirən xorvatları duelin favoriti sayıram. Sürpriz kuponda onların qələbəsini seçirəm.
Braziliya – Cənubi Koreya QOL/QOL
Sambaçılar favoritdi və hər oyunda bu amili sübut etməkdən yorulmur. Pentakampeonların qələbəsinə inanıram. Əsas vaxtda qol/qol seçiminin doğrulacağını düşünürəm.
Shanghai Shenhua – Zhejiang FC QOL/QOL
Çin Super Liqasında 29-cu turun oyunu. Cədvəldə üçüncü olan qonaqlar cari mövsüm əksər matçlarda meydanı qolsuz tərk etməyib. “Zhejiang” ən çox qol vuran üç klubdan biridi. Meydan sahiblərinin 10-cu pillədə yer alması bizi çaşdırmamalıdı. Bu oyunda güzəştsiz mübarizə gözlənilir.