Sürpriz kupon – 05.02.2024
Saraqosa – Sportinq Xixon 2.5 ÜST
“Sportinq Xixon” cari mövsüm ikinci liqada uğurlu çıxış edir. La Liqaya vəsiqə uğrunda mübarizəni davam etdirən komanda aşağı pillələrdə dayanan “Saraqosa”nın qonağı olacaq. Meydan sahiblərinin hücum xəttində inamlı oynadığını qeyd etməliyəm. Məhz bu səbəbdən məhsuldar oyun olacağını düşünürəm.
Əl Nəjima – Əl Xidd 2.5 ÜST
Bəhreyn çempionatında liderlərdən uzaq düşən hər iki komanda qeyri-stabil oyun göstərir. Qonaqlar 10 turda 19 qola məyus olub. İki müdafiəçisinin bu oyunda iştirak etməyəcəyi “Əl Xidd”in işinin çətin olacağını düşünürəm. Fikrimcə bu oyunda böyük hesablı nəticə qeydə alınacaq.
Əl Əhli – Əl Hala 2.5 ÜST
Bəhreyn çempionatında liderin ən yaxın izləyicisi “Əl Əhli” son görüşdə – kubok matçında “Əl Hala”ya məğlub olub. Qonaqlar 10 turda 16 dəfə mərkəzə dəvət olunub. Qonaqların bu matçda çətin anlar yaşayacağını fikirləşirəm.