Günün kuponu – 05.02.2024
Roma – Kalyari QOL/QOL
Liderlər qrupuna yaxın qərarlaşan “Roma” son 3 ildə bütün görüşlərində qalib gəldiyi rəqibə qarşı. Ötən 2 turda məğlub olan “Kalyari” artıq azarkeşlərini və rəhbərliyini əsəbləşdirib. Fikrimcə səfərdə “Roma”ya qarşı müqavimətin çətin olmasına baxmayaraq qonaqlar meydanı qolsuz tərk etməyəcək.
Kəpəz – Araz-Naxçıvan 2.5 ALT
Naxçıvan təmsilçisi 2024-cü ildə uğursuz çıxış edir. Yeni ildə qələbəyə həsrət olan “Araz” özünü toparlamaqda çətinlik çəkir. Premyer liqada qalmaq uğrunda yarışan Gəncə klubu da hər tur xal sayını artırmağa çalışır. “Kəpəz”in müdafiə xəttində olan problemlərə görə qonaqların 3 xal qazanmaq şansını yüksək qiymətləndirirəm. Beş gün əvvəl kubok oyununda meydana çıxan naxçıvanlıların minimal hesabla uğur qazanacağını düşünmək olar.
Bastiya – Ayaçço QOL/QOL
Fransa ikinci liqasında 23-cü turun son oyunu keçiriləcək. Qonaqlar turnir cədvəlinin ortalarında qərarlaşıb. “Bastiya”nın cari mövsüm nümayiş etdirdiyi oyun heç kimi razı salmır. Bununla belə evdə meydanı qolsuz tərk etməyəcəklərini düşünürəm. Ona görə qol-qol seçiminin üzərində dayanıram.