Sürpriz kupon – 04.01.2022
“Hartlepool” – “Bolton” – 2
İngiltərədə kubok oyunlarında hər cür sürprizlərə öyrəşmişik. “Bolton” özündən aşağı liqada çıxış edən “Hartlepool”la dueldə favorit hesab olunsa da, risk etmək çətindir. “Bolton”un liqada son 3 matçda uduzması da, adamı bir qədər düşündürür. Amma bu sürpriz kupondursa, 2 mərc edib gözləməyinə dəyər.
“Əl Duhail” – “Əl Xor” – üst 2,5
“Əl Duhail” “Əl Sədd”in çempionluğuna mane ola biləcək əsas klublardandır. Komanda son 4 oyunda rəqiblərinin qapısından 12 top keçirib. Mövsümün əvvəlində “Tottenhem”dən Belçika millisinin üzvü Tobi Alderveyreldi transfer edən “Əl Duhail” müdafiə xəttindəki problemləri həll etməyə çalışsa da, hələ ki çətinliklər nəzərə çarpır. “Əl Duhail”in autsayderlər arasında olan “Əl Xor”la oyunda qələbəsi heç kimdə şübhə doğurmasa da, əmsalı daha yüksək olan üst 2,5 yazmaq məntiqli olar.
“Əl Ərəbi” – “Əl Vakra” – 1
Ötən mövsüm Türkiyə Super Liqasının bombardiri olmuş Boupendzanın formasını geyindiyi “Əl Ərəbi mövsümə yaxşı başlasa da, 4 oyundur qələbə qazana bilmir. Bu dəfəki qarşılaşmanın prinsipiallığı həm də ondan ibarətdir ki, meydan sahibləri uduzsa, “Əl Vakra” onlara çatacaq. Məncə, görüşün 1 gəlmə ehtimalı daha yüksəkdir.