Günün kuponu – 04.01.2022
“Ponferradina” – “Espanyol” – 2
“Espanyol” Kral Kubokunun 1/16 final mərhələsində Sequndada 5-ci yeri tutan “Ponferrdina” ilə qarşılaşacaq. Mövsümün əvvəlində La Liqaya qayıdan Barselona təmsilçisinin aşağı sıralarda olacağı gözlənilsə də, 9-cu yeri tutur. “Espanyol” çempionatın son oyununda “Valensiya”nı “Mestalya”da məğlub edərək gücünü ortaya qoydu. Qarşısına La Liqaya yüksəlmək hədəfi qoyan “Ponferradina” Sequndada son 3 matçda qalib gələ bilməyib. Kubokda gözlənilməz nəticələr çox olsa da, düşünürəm ki, bu dəfə 2 gələr.
“Giannina” – “İonikos” – 1
“Zenit”in sabiq qapıçısı Yuri Lodıginin şərəfini qoruduğu “Giannina” ardıcıl 2 oyunda uduzub. Amma insafən rəqiblər də çempionatın iddialıları – “Panatinaikos” və PAOK olub. Bir neçə gün əvvəl kubokda mübarizəni dayandıran “İonikos”un Liqada da işləri yaxşı getmir. Heyətində “Şaxtyor”un sabiq üzvü Dmitri Çiqrinskinin oynadığı komanda bütün turnirləri nəzərə alsaq, 4 oyundur qələbə qazana bilmir.
“Asteras” – “Crete” – qol/qol
Təxminən bərabər səviyyəli klubların dueli olduğundan proqnoz vermək çətindir. “Asteras”da əsas qüvvə La Liqa klublarında möhkəmlənə bilməyən ispan futbolçulardı. “Asteras” “Crete”dən cəmi 5 xal geri qalır. Bu komandalar arasında oyunlarda nadir hallarda qol/qol qeydə alınır. Amma güman edirəm ki, bu dəfə güclər bərabər olduğundan qarşılıqlı qollar görə bilərik.