Sürpriz kupon – 03.09.2022
“Sevilya” – “Barselona” – QOL/QOL
“Sevilya” 3 turda cəmi 1 xal qazanıb. Sürpriz etmək üçün bütün gücünü ortaya qoyacağı gözlənilir. “Barselona”nın 3 matçda cəmi 1 qol buraxmasına baxmayaraq sevilyalıların doğma azarkeşlər qarşısında fərqlənəcəyinə inanıram. “Barsa”nın da qol vuracağı 2×2 kimi.
“Aston Villa” – “Mançester Siti” – QOL/QOL
Tərəflərin öz aralarındakı son 6 duelin 5-də qarşılıqlı qollar vurulub. Statistika öz yerində, “Siti” hazırda “qol maşını”nı xatırladır. Elə təkcə Erlinq Haaland kifayətdir. Son 3 matçda uduzan “Aston Villa” isə ən azı qol vurmağa çalışacaq.
“Bayer Leverkuzen” – “Frayburq” – 2,5 ÜST
4 oyuna cəmi 3 xal yığan Leverkuzen klubu qələbəyə oynayacaq. 5 gün sonra Avroliqada “Qarabağ”ı qəbul edəcək frayburlular isə mövsümə yaxşı başlayıb. “Bayer” üçün bu görüşdə qələbə qazanmaq çətin olacaq. Öz aralarındakı son 4 dueldə olduğu kimi bu qarşılaşmada da 2,5 üst qeydə alınacağını düşünürəm.