Günün kuponu – 03.09.2022

Günün kuponu – 03.09.2022

“Yunion Berlin” – “Bavariya” – QOL/QOL

Bundesliqanın liderlərinin dueli. “Bavariya” 4 turda cəmi 2 qol buraxsa da, top balansı 11:3 olan Berlin təmsilçisinin münhenlilərin qapısına yol tapacağına inanıram. Qol/qol məncə, bu oyun üçün ən optimal variantdır.

“Milan” – “İnter” – QOL/QOL

A seriyasında mövsümün ilk Milan derbisi. “İnter”də Lukaku, “Milan”da isə İbrahimoviç və Rebiç zədəli olsalar da, hər iki komandanın heyətində yetərincə qol vurmağı bacaran futbolçu var. Matçın prinsipiallığını nəzərə alaraq derbidə qarşılıqlı qollar gözləyirəm.

“Nant” – PSJ – QOL/QOL

“Qarabağ”ın Avroliqadakı rəqibi “Nant”ın Fransa Liqasında hesabında cəmi bir qələbə olsa da, komanda son 4 matçın hamısında qol vurub. PSJ ilə duelləri adətən məhsuldar, qarşılıqlı qollarla keçir. Fikrimcə, bu dəfə də hər iki komandanın fərqlənməsini görəcəyik.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Tibbi müayinədən keçmədiyi üçün transfer oluna bilmədi

Növbəti yazı

Sürpriz kupon – 03.09.2022