Sürpriz kupon – 02.12.2022
Serbiya – İsveçrə ALT 2,5
İsveçrə ilk iki oyunda göstərdi ki, yaxşı müdafiə xəttinə malikdir. Akandji və Elvedi kimi mərkəz müdafiəçiləri, Zommer kimi qapıçısı olan komandaya qol vurmaq asan məsələ deyil.
Hətta super heyətə malik Braziliya da Murat Yakının komandasını çətinliklə məğlub etdi. İsveçrəliləri bu matçda heç-heçə də qane edir.
Düşərgəsindən qalmaqallı xəbərlər gələn Serbiyanın son görüşdə toparlanacağı elə də inandırıcı görünmür. Buna rəğmən, Stoykoviçin komandası qələbəyə oynayacaq.
Kamerun – Braziliya ÜST 2,5
Artıq 1\8 finalda olan Braziliya yəqin ki, publika üçün oynayacaq. Heyətə düşməyən bəzi futbolçular özlərini göstərmək üçün alışıb yanırlar. Digər tərəfdə də iki matçda qapısında 4 top görən Kamerundur. Odur ki, bol qollu oyun gözləməyinə dəyər.
Cənubi Koreya – Portuqaliya 1
Çətin ki, Portuqaliya son oyunda var-gücü ilə oynasın. Kriştianu Ronaldu və komanda yoldaşları indi daha çox 1\8 finalı düşünürlər.
Asiyalılar qrupdan çıxmaq üçün son şansa qədər mübarizə aparacaqlar. Bu səbəbdən sensasiya baş verə bilər.