Günün kuponu – 02.12.2022
Qana – Uruqvay QOL/QOL
Uruqvay pley-offa çıxmaq üçün bu oyunda qalib gəlməli və Cənubi Koreyanın Portuqaliya ilə matçda büdrəməsinə ümid etməlidir.
Qana da hələ növbəti mərhələyə vəsiqəni təmin etmədiyindən ehtiyatlı oynamağa çalışacaq. Afrikalılar Cənubi Koreyadan 2, Portuqaliyadan isə 3 top buraxıblar. Bu da müdafiə xəttində boşluqların olduğunu göstərir.
Cənubi Koreya – Portuqaliya ÜST 2,5
Portuqaliya artıq pley-offa vəsiqə qazandığından Fernandu Santuş bəzi aparıcı futbolçulara istirahət verə bilər. Portuqaliyalılar 2002-ci ilin dünya çempionatında Cənubi Koreyaya məğlubiyyəti unutmayıblar – 0:1.
Asiyalılar hələ ki Qətər-2022-də qələbə qazana bilməyiblər. Komandanın qrupdan çıxmaq şansı qalır. Ona görə də qələbəyə oynayacaqlar.
Kamerun – Braziliya 2
Braziliya artıq 1\8 finala vəsiqəni təmin edib. Titenin komandasında Neymar və Danilo ilə yanaşı son oyunda zədələnən Aleks Sandro da meydana çıxmayacaq. Bundan başqa, bəzi futbolçulara istirahət verilməsi də gözlənilir. Amma itkilərə rəğmən də cənubi amerikalıların heyəti çox güclüdür. Braziliya İsveçrəni çətinliklə məğlub etsə də (1:0) göstərdi ki, təzyiqi artıranda onların qarşısında dayanmaq olmur.