Sürpriz kupon – 01.02.2022
Yaponiya – Səudiyyə Ərəbistanı 1
B qrupunun liderlərinin oyunu böyük maraqla gözlənilir. Səudiyyə Ərəbistanı hazırda Yaponiyanı 4 xal qabaqlayaraq qrupda 1-ci yeri tutur. Hər iki komanda son oyunlarını qələbə ilə başa vurublar. “Gündoğar ölkə” təmsilçisinin əvvəlki kimi güclü heyəti olmasa da, öz meydanlarında istənilən oyunda favorit sayıla bilərlər.
Vyetnam – Çin 2
Vyetnam seçmə mərhələnin aşkar autsayderidir. Komanda 7 oyunda 1 xal belə qazana bilməyib. Vyetnamın bütün futbolçuları yerli liqada çıxış edirlər. Çinin dünya çempionatına çıxmaq şansı qalmasa da, Vyetnam səfərindən 3 xalla dönə bilər.
Oman – Avstraliya 2
Qrupda 2-ci yeri tutan Yaponiyadan 1 xal geri qalan Avstraliyanın mundiala vəsiqə qazanmaq şansı pis deyil. “Gündoğar ölkə” təmsilçisini bu tur Səudiyyə Ərəbistanı ilə ağır oyun gözləyir. Avstraliya millisi Omanı məğlub etməklə yanaşır, əsas rəqibinin də büdrəməsinə ümid edəcək.